| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Kanadalı ekspert Azərbaycanda seminarlar keçirəcək

2011-05-22 05:03:00

Minilliyin Layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin təşəbbüsü, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Xəzər Universitenin dəstəyi ilə Bakıda "Təhlükəsizlik probləmləri gələcəyin araşdırılması prizmasında” mövzusunda 4 günlük seminar öz işinə başlayıb. Seminarın qabaqcıl metodologiya ilə keçirilməsi üçün təşkilatçılar tərəfindən "Forsayt Kanada” (Foresight Canada) təşkilatının icraçı direktoru, Minilliyin Layihəsinin Kanada bölməsinin rəhbəri, təhlükəsizlik, konfliktologiya və mübahisələrin həlli üzrə tanınmış kanadalı ekspert, prof. Deyvid Harris Bakıya dəvət olunmuşdur. Seminarlar prof. D.Harris tərəfindən 24-25 may 2011-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində və 26-27 may 2011-ci il tarixlərində isə Xəzər Universitetində keçiriləcəkdir. Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək seminar müvafiq dövlət orqanlarının işçiləri, təhlükəsizlik və konfliktologiya məsələlərini araşdıran mütəxəssislər üçün nəzərdə tutulubdur. Xəzər Universitetində keçiriləcək seminarda isə beynəlxalq münasibətlər, ictimai-siyasi və humanitar elmlərini öyrənən tələbələr iştirak edəcəkdir.


 

: 492