| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Konyada Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

2011-11-30 04:26:00

1 dekabr 2011-ci il tarixində Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin Konya şəhərinin Selcuk Universitetində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev "Dağlıq-Qarabağ münaqişəsi və onun həlli yolları”, millət vəkili Fazil Mustafa "Azərbaycan və Turkiyənin erməni problemi ve atılacaq birgə addımlar”, APA-nın baş direktoru Vüsalə Mahirqızı "Türkiyə-Azərbaycan münasibətlərində mətbuatın rolu”, Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndəsi Rəşad Rəsullu isə "Türkiyə-Azərbaycan arasında iqtisadi əlaqələr” mövzularında məruzələrlə çıxış edəcəklər.     

Tədbirin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan münasibətlərinin ekspertlər səviyyəsində müzakirəsini həyata keçirmək, türk ictimaiyyətini Azərbaycanda gedən son ictimai-siyasi proseslərlə və xüsüsilə  Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq, həmçinin ali təhsil ocaqları ilə daha sıx əlaqələr qurmaqdır.



 

: 402