| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Kosovo və Dağlıq Qarabağ: fərqlər və ziddiyyətlər

2010-04-28 18:51:00

30 aprel 2010-cu il tarixində, saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Kosovo və Dağlıq Qarabağ: fərqlər və ziddiyyətlər” mövzusunda dəyirmi masa təşkil olunacaq. Tədbirdə məruzəçilər qismində Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin(USAD) rəhbəri Cəlal Cem Oğuz, Bilkənt Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Mark Almond və həmin universitetin jurnalistika fakultəsinin müəllimi Devid Barçard çıxış edəcəklər.

Tədbirin keçirilməsində əsas məqsəd Kosovo və Dağlıq Qarabağ məsələləri arasında fərqləri və ziddiyyətləri müəyyənləşdirmək, bu istiqamətdə ekspert ictimaiyyətilə fikir mübadiləsi aparmaqdır. Görüşdə XİN–in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi gözlənilir.


 

: 140