| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Latın Amerikası ölkələrinin nümayəndə heyəti SAM-ın qonağı olmuşdur

2012-11-22 17:41:00

22 Noyabr 2012-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycana dəvət alan Latın Amerikası ölkələrinin nümayəndə heyəti SAM-ın qonağı olmuşdur. 

Meksika, Kosta-Rika, Kolumbiya və Panamadan  40-a yaxın gənc peşəkarlardan ibarət nümayəndə heyəti və SAM-ın xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və həmin şöbənin elmi işçiləri Kamal Makili-Əliyev və Azad Qəribovla görüşdə Azərbaycanın xarici siyasətinin prioritet sahələri müzakirə olunmuşdur. 
 
SAM-ın əməkdaşları Azərbaycanın xarici siyasət gündəliyində birinci və ən mühüm yer tutan Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi, münaqişənin tarixi, həlli yolunda dövlət cəhdləri və hazırkı dövlət işləri haqqında məlumat vermişlər.
 
Nümayəndə heyətinə həmçinin Azərbaycanın enerji siyasəti, sürətlə inkişaf edən iqtisadiyyatı və ölkənin iqtisadi inkişafı barədə məlumat verilmişdir. Azərbaycanın öz enerji siyasətini daha səmərəli istifadə edilməsi barədə mövcud siyasət istiqamətləri xüsusilə qeyd edilmişdir.
 
Tədbir nümayəndə heyəti ilə interaktiv müzakirələr, fəal sual və cavab mübadiləsi ilə başa çatmışdır.
 
Görüşün məqsədi Azərbaycan və Latın Amerikası regionu arasında qarşılıqlı əlaqələrin yaranması idi. 


 

: 16