| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Minilliyin layihəsinin sədri Cerom Kleyton Qlenn SAM-da “məruzə ilə çıxış edəcək.

2011-03-18 05:47:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətinin verdiyi məlumata görə, 03 mart 2010-cu il tarixində saat 11:00-da Minilliyin layihəsinin sədri Cerom Kleyton Qlenn SAM-da "Strateji planlaşdırmaya dəstək üçün qlobal öncəgörmə sistemləri: enerji təhlükəsizliyi üçün nümunələr” mövzusunda məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, Cerom K.QIenn elm və texnologiya siyasəti, iqtisad elmləri, təhsil, müdafiə, proqnozlaşdırma metodologiyası, Millennium Layihəsi, Gələcək Komitə, Xadson İnstitutu üzrə beynəlxalq telekommunikasiyalar və qərarların qəbul edilməsinə dəstək sistemi, hökumət, beynəlxalq təşkilatlar və özəl sənaye üzrə gələcəyə dair (futuroloji) araşdırmalar sahəsində 35 illik təcrübəyə malikdir. C.K.Qlenn sadalanan sahələr üzrə özəl şirkətini (Gələcək Seçimlər Məkanı) yaratmışdır və burada müstəqil məsləhətçi qismində də fəaliyyət göstərir.

O, milli strateji planlaşdırma, institutsional dizayn, treninq, mikrokredit, Afrika, Orta Şərq, Asiya, Karib Hövzəsi və Latın Amerikası kimi ölkələrdə iqtisadi inkişafın qiymətləndirilməsi kimi məsələlərlə məşğul olan PFP İnternational təşkilatının direktor müavini olmuş, 1983-cü ildə CARİNET kompüter şəbəkəsinin (indi CGNET şəbəkəsinə məxsus) əsasını qoymuş, USAİD, Dünya Bankı, UNDP, UNU, UNEP, YUNESKO, DOE kimi beynəlxalq təşkilatlar, həmçinin bir neçə dövlət və korporasiyalar üçün məsləhətçi qismində fəaliyyət göstərmişdir.

Cerom K.QIenn 100-dən çox elmi-publisistik məqalə və bir neçə fundamental əsərlərin müəllifidir.


 

: 133