| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Moskvada Cənubi Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafına həsr olunan beynəlxalq konfrans keçiriləcək

2011-03-21 05:53:00

20 may 2010-cu il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Moskva Dövlət Universiteti, Rusiya Dövlət Humanitar Universiteti, Qazaxıstanın Aktual Araşdırmalar Mərkəzi "Alternativa” və "Vestnik Kafkaza” informasiya-analitik portalının birgə təşkilatçılığı ilə "Cənubi Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransda iştirak etmək məqsədi ilə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Moskvaya yola düşəcək. Tədbirdə həmçinin millət vəkili Asim Mollazadə, Prezident Administrasiyasının siyasi analiz və informasiya təminati şöbəsinin aparıcı məsləhətçisi Fərhad Məmmədov və müstəqil siyasi ekspert Rasim Musabəyov da iştirak edəcəklər. Konfransın işində Rusiyanın tanınmış siyasi ekspertlərinin, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərinin də iştirakı gözlənilir.

Səfər çərçivəsində azərbaycanlı ekspertlərin Rusiyanın "RIA-Novosti” informasiya agentliyində mətbuat konfransı və Karnegi Moskva Mərkəzində işgüzar görüşləri nəzərdə tutulub.

Moskvada planlaşdırılan görüşlər çərçivəsində ikitərəfli münasibətlərin cari məsələləri, regional vəziyətin problemləri, iki ölkənin ekspert ictimaiyyəti arasında elmi-analitik əməkdaşlığa dair perspektivli layihələr ətrafında geniş müzakirələr aparılacaq.


 

: 140