| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Məqsəd

2013-02-03 15:06:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirmək məqsədi ilə 12 noyabr 2007-ci il tarixli fərmanı əsasında yaradılmışdır.

Mərkəzin yaranmasının zərurəti Azərbaycan Respublikasının dinamik inkişafı və dünya iqtisadiyyatına uğurla inteqrasiyası qloballaşma şəraitində ölkədə dövlət əhəmiyyətli strateji araşdırmaların aparılmasına, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair proqnozların verilməsinə, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlil olunmasına, sosioloji sorğuların keçirilməsi və respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsinə, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mötəbər elmi konsepsiyaya əsaslanan genişmiqyaslı proqramların həyata keçirilməsinə duyulan ehtiyacdan irəli gəlib. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutaraq, daxili və xarici siyasətin ən mühüm inkişaf istiqamətlərini analiz edir, dünyada cərəyan edən geosiyasi prosesləri, beynəlxalq siyasəti izləyir, təhlil edir, gələcək inkişaf meyllərinə dair proqnozlar verir, ciddi proseslərə təsir göstərə bilən faktorlar üzərində tədqiqatlar aparır, bütün bu işlər əsasında Azərbaycanın dövlət maraqlarına, milli təhlükəsizliyinə uyğun, bu tələblərə cavab verən müxtəlif proqramlar, konsepsiyalar, doktrinalar hazırlayır.


 

: 9402