| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Müharibə və sülh arasındakı tələdə: Dağlıq Qarabağ nümunəsi" adlı məqalələr toplusu nəşr edilmişdir

2018-02-01 03:47:52

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən bu yaxında mərkəzin direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Fuad Çıraqovun redaktorluğu ilə "Müharibə və sülh arasındakı tələdə: Dağlıq Qarabağ nümunəsi" adlı məqalələr toplusu nəşr edilmişdir. Kitabda beynəlxalq ekspertlər, eləcə də SAM-ın əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 2011-2017-ci illərdə müxtəlif elmi jurnallarda, habelə elektron mediada ilk olaraq nəşr edilmiş 24 məqalə və şərh toplanmışdır.

 

Bu məqalələr münaqişənin hüquqi və təhlükəsizlik aspektlərini, ötən dövr ərzində həyata keçirilmiş müxtəlif vasitəçilik səylərini, qlobal və regional güclərin münaqişənin həlli istiqamətindəki rolunu, bu münaqişəyə münasibətdə tarixi, mədəni, gender və identiklik baxımından yanaşmaları və s. məsələləri əhatə edir.

 

Kitab beynəlxalq münasibətlər, konfliktologiya və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 

Qeyd edək ki, sözügedən kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən əldə edilə bilər.

 

Kitabda aşağıda qeyd edilmiş müəlliflərin məqalələri əksini tapmışdır:

 

Lorens Broyers

Dondurulmuş münaqişədən davamlı rəqabətə: Dağlıq Qarabağ münaqişəsinin yenidən qiymətləndirilməsi

 

Gülşən Paşayeva

Dağlıq Qarabağ sülh prosesində qeyri-rəsmi diplomatiya təşəbbüslərinin qiymətləndirilməsi


Svante Kornel

Ermənistan-Azərbaycan münaqişəsi və Avropa təhlükəsizliyi


Fərhad Məmmədov

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazdakı sülh və əməkdaşlığa qarşı əsas təhlükə kimi qiymətləndirilməsi

 

Zaur Şiriyev

Dördgünlük  müharibə: Dağlıq Qarabağ münaqişəsində paradiqmaların dəyişməsi

 

İlqar Qurbanov

Ermənistan və Azərbaycan arasında zorakılıq artacaqmı?

 

Ceyms Şerr

Dağlıq Qarabağ: köhnə və yeni geosiyasət arasında

 

Tomas Ambrosio

Dağlıq Qarabağ münaqişəsi həllini tapırmı? Obama administrasiyası dövründə həyata keçirilən sülh quruculuğu səylərinin qiymətləndirilməsi


Stefen Blank

Amerika siyasəti, Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi


Kamer Qasım

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Amerika siyasəti və onun münaqişənin həllinə təsirləri


Gülşən Paşayeva və Nigar Göksəl

Dağlıq Qarabağ münaqişəsinə dair Türkiyə,Rusiya və ABŞ yanaşmalarındakı qarşılıqlı əlaqə


Cohanna Popjanevski

Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi

 

Kamal Makili-Əliyev

Müqayisəli Beynəlxalq humanitar hüquq:Suriya və Dağlıq Qarabağ münaqişəsindəki vəhşiliklər

 

Zara Popova,İnqa Merken,Lavinia Badulesku

Mədəniyyətlərarası mövcudluq və əməkdaşlıq: “Schleswig-Holstein” modeli tətbiq edilə bilərmi?

 

Kəmalə İmranlı-Löv

Paris Sülh Konfransı və Qarabağa dair Erməni arqumentləri

 

Kəmalə İmranlı-Löv

Naxçıvan, 1919-cu ildəki Erməni arqumentləri və Müttəfiq güclər

 

Mehrəngiz Nəcəfzadə

Etnik münaqişə və məcburi köçkünlük:Azərbaycanlı məcburi köçkün və qaçqın qadınların Dağlıq Qarabağ müharibəsinə dair hekayələri

 

Şərhlər

Kamal Makili-Əliyev

Dağlıq Qarabağ münaqişəli ərazi deyil, işğal edilmiş bölgədir


Gülşən Paşayeva

Dağlıq Qarabağ münaqişəsinin həllindəki əsas maneə


Azad Qəribov

Ermənistanın Dağlıq Qarabağla bağlı sülh səylərindəki anlaşılmaz təxribatları


Nəcibə Mustafayeva

Ermənistan nə üçün Dağlıq Qarabağı tanımaq istəyir?

 

Gülşən Paşayeva

Dağlıq Qarabağda zorakılığın yenidən şiddətlənməsinin səbəb və nəticələri

 

Fuad Çıraqov

Michael Keymbekin "Qarabağ münaqişəsi ilə bağlı Böhran Qrupu"na cavab


İlqar Qurbanov

Qlobal enerji axınlarını təhdid edən dondurulmuş müharibə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 




 

: 1215