| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Nabukko” layihəsinin hazırkı mərhələsi və onun Macarıstana qaz təhcizatı prosesində təhlükəsizliyin artırılmasındakı rolu

2009-10-05 11:23:00

6 oktyabr 2009-cu il tarixində saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi "Nabukko” layihəsinin hazırkı mərhələsi və onun Macarıstana qaz təhcizatı prosesində təhlükəsizliyin artırılmasındakı rolu” mövzusunda dəyirmi masa təşkil edəcək. Tədbirdə əsas məruzəçi qismində (guest speaker) Macarıstan hökümətinin "Nabukko” layihəsi ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Mixay Bayer çıxış edəcək.

Səfir Bayer 2009-cu ilin yanvarında Macarıstanın paytaxtı Budapeştdə "Nabukko” layihəsinə dair beynəlxalq konfransın təşkilati məsələlərinə rəhbərlik edib. O, həmçinin 2009-cu ilin yanvar-iyun aylarında Nabukko qaz boru kəmərinin çəkilməsinə dair beynəlxalq sazişin hazırlanmasına həsr olunmuş dövlətlərarası konfransda macar nümayəndə heyətinin rəhbəri olub.

Mixay Bayer vaxtilə Macarıstanın Yəmən, Çin, Koreya Xalq Demokratik Respublikası və Moldovadakı fövqəladə və səlahiyyətli səfiri olmuş, uzun müddət Macarıstan Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə çalışmışdır.

Mərkəzin konfrans zalında təşkil ediləcək və maraqlı müzakirələrlə müşayiət olunacaq tədbirdə XİN–in və ADA-nın məsul əməkdaşları, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə digər mütəxəssislər də iştirak edəcək.


 

: 116