| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

NATO-nun yeni strateji konsepsiyası

2010-07-19 13:25:00

21 iyul 2010-cu il tarixində saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "NATO-nun yeni strateji konsepsiyası” mövzusunda "dəyirmi masa” keçiriləcək. Tədbirdə Fransa Respublikasının NATO-da daimi nümayəndəliyinin siyasət bölməsinin əməkdaşlıq məsələləri və mülki fövqəladə planlaşdırma məsələləri üzrə müşaviri Lor Borqomano əsas məruzəçi qismində çıxış edəcək.
Toplantıda Şimali Atlantika blokunun yeni Strateji Konsepsiyası, NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlıq perspektivləri, mövcud təhlükəsizlik sistemində Şimali Atlantika blokunun rolu, Alyansın dünyadakı mövqeyi, terrorizmə qarşı mübarizə və s. məsələlərə dair müzakirələr aparılacaq.
Tədbir ingilis dilində keçiriləcək.


 

: 55