| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"SAM-ın Şərhləri" jurnalının növbəti sayı nəşr edilmişdir

2017-10-09 12:32:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xüsusi nəşri olan "SAM-ın şərhləri"nin yeni - "Gürcüstanın qaz diversifikasiyası.Xarici aktorlar:Azərbaycan, Rusiya və İranın rolu" mövzusundakı növbıti sayı işıq üzü görmüşdür. SAM-ın İqtisadiyyatın təhlili şöbəsinin Aparıcı elmi işçisi Gülmira Rzayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi İlqar Qurbanovun birgə müəllifi olduğu bu nəşr uzun müddət davam edən müzakirə, məsləhətləşmə, müsahibə və  tədqiqatların, eyni zamanda müəlliflərin birgə tərəfdaşlığının nəticəsidir.

Beş fəsildən ibarət olan nəşrin tədqiqat sahəsi Gürcüstan olduğundan, bu ölkənin qaz diversifikasiya siyasəti və bu kontekstdə xarici aktorların (Azərbaycan, Rusiya və İranın) rolu müəlliflər tərfindən xüsusilə araşdırılmışdır.Tədqiqat işinin əsas məqsədi Gürcüstanın qaz diversifikasiyası siyasəti seçimlərini iqtisadi cəlbedicilik, siyasi potensial, nəqliyyat (infrastruktur) bağlantısı, enerji təhlükəsizliyi və xarici aktorlar kontekstindən nəzərdən keçirməkdir.

Bununla yanaşı, Gürcüstanın enerji sektoru (enerji balansı, enerji tələbatı, qaz tədarükçüləri, mənbələri və s); Gürcüstanın enerji bazarında Azərbaycanın rolu, mövcud boru kəmərləri və müqavilələri; Rusiya və Gürcüstan arasındakı qaz ixracı və tranzit razılaşmasının yenilənməsi ilə bağlı danışıqlar, Gazpromun Gürcüstanın qaz sektorundakı maraqları və Gürcüstan ictimaiyyətinin məsələ ilə bağlı reaksiyası; İranın Gürcüstana qaz ixracının araşdırılması və Ermənistanın bu kontekstdə potensial roluna dair mövzular da müxtəlif fəsillərdə əksini tapmışdır. 

Qeyd edək ki, nəşrin fəsil və alt fəsilləri daha əvvəl müəlliflər tərəfindən müxtəlif dövrlərdə edilmiş fərdi və müstəqil tədqiqatların nəticəsidir.





 

: 349