| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Norveç Krallığının dövlət nümayəndələri SAM-ın qonağı olmuşdur

2013-01-15 18:07:00

15 yanvar 2013-cü il tarixində Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Şönsberq və Norveç Krallığı Xarici İşlər Nazirliyinin Avrasiya Enerji Məsələləri üzrə baş müşaviri Olav Berstad SAM-ın qonağı olmuşdur.

SAM-ın direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin elmi işçiləri Gülmira Rzayeva və Şahmar Hacıyev qonaqlarla fikir mübadiləsi aparmış, onları maraqlandıran suallara cavab vermişlər.

Görüşdə Avrasiyada Enerji layihələri və onların siyasi və iqtisadi əhəmiyyəti, Norveç – Azərbaycan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunmuşdur. 



 

: 408