| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Növbəti debatlar gənclərin məşğulluğu, karyera və şəxsi inkişafı haqqındadır

2011-06-09 18:24:00

Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində gənclərin iştirakı ilə debatlar keçirilir. Debatların keçirilməsində məqsəd – gəncləri maraqlandıran və onların gələcəyinə təsir göstərən məsələlərin həllində fəal iştirakın təmini, nəzəri biliklərinin artırılması üçün şəraitin yaradılması, diskussiya bacarığı və mədəniyyətini inkişaf etdirməkdir. Debatlar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın hazırlığında gənclərin real iştirakının artırması məqsədinə cavab verir - müzakirə ediləcək məsələlər Dövlət Proqramının layihəsində əks edilmiş əsas istiqamətlərlə uzlaşır.
Növbəti debatlar "Gənclər: professionallıq və şəxsi inkişaf” mövzusunda 11 iyun 2011-ci il tarixdə saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində aparılacaqdır. Debatlarda tələbələr, aspirantlar, gənclərin qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də ekspert qismində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən gənclər üçün karyera mərkəzinin, Karyera və İşlə Təminat Milli Assosiyasiyasının nümayəndələri iştirak edəcəkdir.
Tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır.
İlk debatlar "Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər. Gənclər nəyə baxır, nəyi dinləyir, nəyi axtarır?”, "Tələbə gənclər: gözləmələr, innovativ potensial və cəmiyyətə qaytarılacaq dəyərlər”, "Gənclər və Azərbaycanda elmi inkişaf”, "Xaricdə təhsil alan tələbələr və azərbaycançılıq ("Soruşma: "Dövlət mənə nə edib?”, "Sən ölkən üçün nə etmisən?”) mövzusunda aparılmışdır.


 

: 424