| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Qaçqınların öz torpaqlarına qayıtmaq hüquqları qanunidir və Fransa parlamentinə bu barədə əsaslı məlumat çatdırılacaq

2011-03-19 05:48:00

SAM ın dəvəti ilə 17 mart 2010-cu il tarixindən Bakıda olan Fransa Senatının yuxarı palatasının senatoru Natali Qule səfərinin başa çatması ərəfəsində martın 19-da səhər Fransanın Azərbaycandakı səfiri Qabriel Keller ilə birlikdə Nərimanov rayonunda qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yerə baş çəkmişdir. Ermənistan-Azərbaycan,Dağliq Qarabağ münaqişəsi nəticəsində öz tarixi torpaqlarından didərgin düşən insanların dözülməz şəraitdə yaşadıqlarını görən senator, artıq mövcud vəziyyətə göz yumulmasına son qoymağın və həmin insanlar haqqında həqiqətlərin dünya ictimayyətinə çatdırılmasının vaxtı gəldiyini vurğuladı. O, həmçinin qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq istəklərində son dərəcə israrlı olmasından heyrətləndiyini bildirdi. Senator qeyd etdi ki, onlar bu hüquqların təmin edilməsini tələb edərkən sözsüz ki, haqlıdırlar. Çünki BMT də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən bu hüquqlar rəsmən tanınmışdır. Sonra qaçqınlar üçün nəzərdə tutulmuş yeni binalara baş çəkən senator Azərbaycan prezidenti cənab İlham Əliyevin öz həmvətənlərinin ağır vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə həyata keçirdiyi siyasəti yüksək qiymətləndirmişdir. Lakin yaradılmış şərait necə olursa-olsun bu qaçqınların öz doğma torpaqlarını əvəz edə bilməz.

Jurnalistlərin suallarını cavablandıran Fransanın Azərbaycandakı səfiri cənab Qabriel Keller bildirmişdir ki, nəticənin necə olmasından asılı olmayaraq qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Xanım Natali Qule Fransa Senatına və xarici əlaqələr komissiyasına Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilmiş torpaqlarından didərgin düşmüş qaçqın və köçkünlərin vəziyyəti ilə bağlı məlumatlar göndərəcəyinə söz verdi.


 

: 125