| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Qara dəniz regionunda enerji əməkdaşlığı və ətraf mühitin mühafizəsi

2011-11-30 11:46:00

29 noyabr 2011-ci ildə Strateji Araşdırmalar Mərkəzi(SAM) və Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin(İCBSS) birgə təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afinada "Yunanıstan-Azərbaycan Yaşıl Enerji Forumu” çərçivəsində "Enerji sahəsində əməkdaşlıq və Qara Dəniz hövzəsində ətraf mühitin qorunması"adlı dəyirmi masa təşkil olunmuşdur.

Tədbirin açılışında çıxış edən  İCBSS-in direktoru Zefi Dimadama təmsil etdiyi mərkəzin rolu və onun Qara Dəniz regionuna olan töhvələrindən bəhs edərək enerji sektorunun region ölkələrinin iqtisadiyyatının əsasını təşkil etdiyini söyləmişdir. Xanım Dimadamanın sözlərinə görə   Mərkəzin əsas məqsədi bütün tərəfləri səfərbər edib, qiymətli informasiya və təcrübə  mübadilələri həyata keçirərək məlumatlanmanı artırmaq, regional əməkdaşlığı sürətləndirmək, ekoloji cəhətdən "təmiz enerji modeli”ni qurmaq və geniş Qara Dəniz regionu üçün ekoloji sistem yaratmaqdır.

SAM-ın direktor müavini Gülşən Paşayeva isə öz növbəsində Strateji Araşdırmalar Mərkəzi və Qara Dəniz Araşdırmalar Mərkəzi arasında olan məhsuldar əməkdaşlığın beynəlxalq enerji sistemindəki əhəmiyyətini vurğulamışdır.

Tədbirdə məruzəçi qismində həmçinin Yunan Xarici İşlər Nazirliyinin baş katibi Konstantinos Papadopoulos, Balkanlar ilə Beynəlxalq İqtisadi Əlaqələrin B2 Direktoratının direktoru, Xarici İşlər Nazirliyinin Rusiya və MDB üzrə səfiri Dmitriy Tsunqas, eləcə də konsul və Azərbaycan Respublikası üzrə nümayəndə heyətinin sədr müavini  Anar Hüseynov iştirak etmişdir.

Dəyirmi masadakı müzakirələr elmi, iqtisadi və akademik sahələrin  təmsilçilərindən ibarət  iki paneldə  təşkil olunmuşdur. Birinci panel " Bərpa olunan enerjinin yeni perspektivləri və çağırışlar”, 2-ci isə "Regional və beynəlxalq səviyyədə enerji əməkdaşlığı” mövzusuna həsr edilmişdir.

Strateji Araşdırmalar Mərkəzinin İqtisadi Təhlil və Qloballaşma şöbəsinin aparıcı elmi işçisi Vüsal Qasımlı, İqtisadi Təhlil və Qloballaşma şöbəsinin elmi işçiləri  Gülmira Rzayeva və  Ramiz Rəhmanov da tədbirdə məruzə ilə çıxış etmişlər.


Sabiq Xarici İşlər nazirinin müavini Spiros Kuvelis, CRES-in İnkişaf Proqramları departamentinin rəhbəri Dmitriy Papastefanakis, İctimai Qaz Korporasiyasının baş icraçı direktoru Harri Saçinis və İran-Xəzər dənizi və Mərkəzi Asiya iqtisadiyyatı üzrə aparıcı analitik Dr. Teodor Tsakiris hər iki paneldə fəal iştirak etmişlər.

Tədbirin yekununda SAM-ın direktor müavini G.Paşayeva və İCBSS-in direktoru Z. Dimadamanın rəhbərliyi ilə Strateji Araşdırmalar Mərkəzi və Beynəlxalq Qara Dəniz Araşdırmalar Mərkəzi arasında Yunanıstan-Azərbaycan əməkdaşlığının iqtisadi, ətraf mühit, ticarət, investisiya və enerji təhlükəsizliyi sahələrini əhatə edən tədqiqat və akademik mübadilə müqaviləsi imzalanmışdır.

Tədbir  Avropa və Amerika Tədqiqatlar İnstitutu Yunanıstanın Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq  çərçivəsində İctimai Qaz Korporasiasının  və Yunan Xarici İşlər Nazirliyinin  dəstəyi ilə həyata  keçirilmişdir.

Tədbirin keçirilməsində media qurumlarından  euractiv.gr və  Yunan Dövlət  Yardım İnstitutu maddi dəstək göstərmişdir.


 

: 368