| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Qərbi Avropada müsəlman icmaları: Fransa və Almaniya nümunəsində" analitik hesabatı dərc olunmuşdur

2015-12-29 10:02:24

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "SAM-ın şərhləri" adlanan dövri nəşrinin 2015-ci il üçün növbəti sayı çap edilmişdir.

SAM-ın Daxili siyasətin təhlili şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Tahirə Allahyarova və məsləhətçi-ekspert Lalə Novruzovanın müəllifi olduqları bu dövri nəşrin  mövzusu müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzində olan, polietnik və çoxkonfessiyalı ölkələrdə tarixən formalaşmış birgəyaşayış ənənəsi kimi multikulturalizm modelinin hazırda Qərb ölkələrində onun üzləşdiyi böhran  kontekstində araşdırılmasına həsr edilmişdir.

Tədqiqatın aparılması məqsədi ilə Avropanın aparıcı dövlətlərinə - Fransa və Almaniyaya elmi ezamiyyət təşkil edilmiş, bu ölkələrdə müsəlman icmalarının formalaşması, inkişafı və hazırkı vəziyyəti təhlil edilmişdir. Təhlilin əsasını Avropanın iki aparıcı ölkəsində yaşayan, müxtəlif ictimai-siyasi təsisatlarda təmsil olunan 13 etnik-dini müsəlman icmasının nümayəndələri (rəhbər şəxsləri və təmsilçiləri) ilə demokratik dəyərlərin sistemli böhranı, onun səbəbləri və vəziyyətdən çıxış yolları haqqında müsahibələr nəticəsində əldə edilmiş qənaətlər təşkil etmişdir.

Analitik hesabatın məzmununda - Qərbi Avropada müsəlman icmaları: statistik mənzərə; Fransa və Almaniyada müsəlman icmaları: yaranması və təkamülü;  Fransa və Almaniyada  müsəlman  azlıqların təşkilatlanmasının siyasi-hüquqi aspektləri; Müsahibələrdə iştirak edən icma təmsilçiləri. Fransa və Almaniyada  islamofobiyanın artması, onun ictimai, siyasi və hüquqi aspektlərdə təzahürləri haqqında; Fransa və Almaniyada multikulturalizm siyasətinin iflası  islamofobiyanın nəticəsi kimi; Görüş keçirilən müsəlman icmalarının statusu, fəaliyyəti və problemlərə münasibəti kimi mövzular əksini tapmış, sonda araşdırma nəticəsində əldə edilən təklif və tövsiyələr təqdim edilmişdir.


Qeyd edilən cəmiyyətlərdə polietnik və çoxkonfessiyalı dövlətlərdə dinlərin və mədəniyyətlərin tarixən sınanmış birgəyaşayış modeli  olan multikulturalizmin inkar edilməsi ilə bağlı həmin ölkələrin  siyasi liderlərinin bəyanatlarından sonrakı vəziyyət diqqət mərkəzinə gətirilmişdir.


Burada həmçinin görüş keçirilən müsəlman icmalarının öz fəaliyyətlərində üzləşdikləri problemlər, dövlət-din münasibətlərinin mövcud səviyyəsinə münasibəti, qeyd edilən ölkələrdə ksenofobiya və islamofobiyanın artması, onun ictimai, siyasi və hüquqi aspektlərdə təzahürlərinə dair rəylər də təhlil edilmişdir.


İcmaların təmsilçiləri ilə eyni zamanda Qərb dövlətlərində multikulturalizm modelindən imtina edilməsi və onun yaşadığı kəskin böhran, liberal demokratik dəyərlərin sistemli tənəzzülü, onun səbəbləri və vəziyyətdən çıxış yolları haqqında müsahibələr də aparılmışdır.


Tədqiqatın sonunda Avropada inteqrasiya modellərinin böhran yaşadığı bir vaxtda müsəlman icmalarının yaşadığı mövcud reallıq və problemlər, onlardan doğan nəticələr və çıxış yollarına dair təklif və tövsiyələr əksini tapmışdır.


Qeyd edək ki, analitik hesabat Azərbaycan və ingilis dillərində nəşr edilmişdir.  



             



 

: 432