| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Qlen Hovard: “Azərbaycan Qafqazın ən əhəmiyyətli ölkəsidir”

2012-04-07 01:52:00

2012-ci ilin aprel ayının 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Beyin mərkəzləri: İnkişaf naminə əməkdaşlıq” mövzusunda "dəyirmi masa” keçirilmişdir. Tədbirdə ABŞ-ın qeyri-hökumət tədqiqat mərkəzi olan Ceymstaun Fondunun prezidenti Qlen Hovard, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, alim və mütəxəssislər iştirak etmişlər.

Tədbirdə çıxış edən SAM-ın daxili siyasətin təhlili şöbəsinin müdiri Tahirə Allahyarova Strateji Araşdırmalar Mərkəzinin məqsəd və vəzifələri, həyata keçirdiyi tədbirlər və əldə etdiyi uğurlar barədə «dəyirmi masa» iştirakçılarına ətraflı məlumat vermiş və bildirmişdir ki, SAM öz fəaliyyətində dünyanın qabaqcıl beyin mərkəzləri ilə təcrübə mübadiləsi etməyə yenilikləri öyrənməyə, beynəlxalq aləmə inteqrasiyanı sürətləndirməyə ciddi əhəmiyyət verir. Bundan başqa, SAM-ın dünyanın bir çox ölkələrinin aparıcı beyin mərkəzləri ilə fəal əməkdaşlıq etdiyi, qarşılıqlı faydalı münasibətlərə dair bir sıra memorandum və sazişlərin imzalandığı diqqətə çatdırılmışdır. Ölkəmizdə fəaliyyət göstərən beyin mərkəzlərinin perspektiflərinə, inkişaf istiqamətlərinə toxunan T.Allahyarova onların cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən fəaliyyətləri və uğurları barədə də danışmışdır.

Azərbaycanın Cənubi Qafqaz regionunun ən əhəmiyyətli ölkəsi olduğunu vurğulayan Ceymstaun Fondunun prezidenti Q.Hovard bildirmişdir ki, yüzlərlə amerikalı əsgərin Əfqanıstandakı sülhməramlı missiyalarda iştirak etməsi üçün Azərbaycanın hava məkanından istifadə olunur. Qonaq ABŞ Azərbaycan ilə NATO arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini bildirmiş, Azərbaycan NATO üçün vacib əhəmiyyət kəsb edən ölkələrdən biri olduğunu demişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Q.Hovard problemin indiyədək həll olunmamasına təəssüfləndiyini söyləmişdir. Qeyd etmişdir ki, hazırda Azərbaycan diplomatiyası münaqişənin həlli istiqamətində çox mühüm işlər görür, bütün zəruri səyləri davam etdirir.
Sonra müxtəlif mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılmış, təkliflər səslənmişdir.  






 

: 804