| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Qlobal Sülh Ssenarisi: Təhlükəsizlik sahəsində inqilab" mövzusunda dəyirmi masa

2010-10-02 18:54:00

4 oktyabr 2010-cu il tarixində saat 11:00-da "Fosayt Kanada”(Foresight Canada) təşkilatının icraçı direktoru Devid Harris Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Qlobal Sülh Ssenarisi: Təhlükəsizlik sahəsində inqilab" mövzusunda məruzə ilə çıxış edəcək.

Kanadanın strateji öncəgörmə sahəsində ən böyük "beyin mərkəzi” hesab edilən "Fosayt Kanada” müasir problemləri təhlil edərək, gələcək üçün proqnozlar tərtib edir və hadisələrin inkişaf istiqamətlərini öyrənir.

Qeyd edək ki, Kanada Silahlı Quvvələrinin istefada olan polkovniki, hərbi mühəndis Devid Harris Kanada Müdafiə Akademiyasında yüksək rütbəli zabitlər və vəzifəli şəxslər üçün nəzərdə tutulmuş "Mülki və Hərbi münasibətlər”, eləcə də əməkdaşlıq, təhlükəsizlik və diplomatiya sahələrinə dair seminarlar, kurslar və layihələrin hazırlanması ilə məşğuldur. O, həmçinin "Minilliyin Layihəsi”nin Kanada bölməsinin sədri, "Gələcəyin Araşdırılması üzrə Ümumdünya Cəmiyyəti” və Kanadanın "Qlobal Təşəbbüslər” layihəsinin idarə heyyətinin üzvüdur.

Tədbir İngilis dilində keçiriləcək.



 

: 65