| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

"Azərbaycanın Regional və Qlobal Arenada Rolu: Reallıqlar və Perspektivlər" mövzusunda hesabat SAM tərəfindən dərc edilmişdir

2017-03-15 05:07:11

7 oktyabr 2016- cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda "Azərbaycanın Regional və Qlobal Arenada Rolu: Reallıqlar və Perspektivlər" adlı konfrans keçirilmişdir. Konfrans xüsusi olaraq Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr edilmişdir.


Konfransın məqsədi yeni ideyalar və akademik baxışlar təqdim etmək, eləcə də region və qonşu ölkələr arasında ikitərəfli ticarətin və əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün regional təhlükəsizlik, enerji və nəqliyyat sahələri üzrə xüsusi diqqət kəsb edən məsələlərlə bağlı tövsiyələr və mexanizmlər üçün platforma yaratmaq idi.


Konfrans iki paneldə təşkil edilmişdir: "Azərbaycan Qlobal Arenada: Nailiyyətlər və Problemlər" adlı ilk paneldə Azərbaycanın müstəqilliyinin tarixi fonu nəzərdən keçirilir və müstəqillikdən bəri onun iqtisadi və sosial çağırışlarla qarşılaşdığı müzakirə edilmişdir. "Azərbaycan Yol Ayrıcında: Regional Aspektlər" adlı ikinci paneldə regionun iqtisadi potensialı, perspektivləri və regional əməkdaşlığın istiqamətləri ilə bağlı məsələlər əhatə edilmişdir.


Konfransda müxtəlif ölkələrdən, o cümlədən SAM-ın tərəfdaş beyin mərkəzlərindən olan ekspertlərin çıxışları təqdim edilmişdir. Konfransın əsas məruzəçisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri cənab Novruz Məmmədov olmuşdur. Konfransın digər təqdimatçıları arasında isə: László Vasa (Macarıstan), Sergey Markov (Rusiya), Fərhad Məmmədov (Azərbaycan, SAM-ın direktoru), Glen Howard (Amerika Birləşmiş Ştatları), Adel Darwish (Misir), Əli Rəsul Usul (Türkiyə ), Seyid Kazem Sajjadpour (İran), Stanislav Chernyavskiy (Rusiya), Yerlan Karin (Qazaxıstan), Giorgi Badridze (Gürcüstan), Murad Nazarov (Türkmənistan), Cavid Vəliyev (Azərbaycan, SAM, Şöbə müdiri) olmuşdur.


Bu hesabat həmçinin konfransın əsas arqumentlərini, nəticələrini və tövsiyələrini əks etdirir.




 

: 1374