| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

RUMINİYANIN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ SAM-DA MƏRUZƏ İLƏ ÇIXIŞ EDƏCƏK

2010-04-07 13:35:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi xüsusi layihə üzrə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir.

Göstərilən layihə çərçivəsində 9 aprel 2010-cu il tarixində saat 11.00-da Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyinin rəhbəri cənab Nikolae Ureke ilə Strateji Araşdırmalar Mərkəzində müzakirəli görüş olacaq. Cənab Nikolae Ureke "NATO-nun yeni Strateji Konsepsiyasına Rumıniyanın baxışı” mövzusunda əsas məruzəçi qismində çıxış edəcək. Tədbir Mərkəzin konfrans zalında təşkil olunacaq.

XİN–in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda səfir, NATO-Azərbaycan əməkdaşlığı, həyata keçirilən birgə proqramlar, Şimali Atlantika blokunun yeni Strateji Konsepsiyası, mövcud təhlükəsizlik mühitində NATO-nun rolu, Əfqanıstandakı əməliyyatlar, həmçinin Azərbaycan-Rumıniya münasibətləri, iki ölkə arasında olan siyasi, iqtisadi və mədəni əlaqələrdən danışacaq, iştirakçıların suallarını cavablandıracaq.

Tədbir ingilis dilində keçiriləcək.


 

: 66