| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

Rusiya - Azərbaycan: ikitərəfli münasibətlərin inkişaf perspektivləri

2009-10-15 20:30:00

15 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Rusiya Strateji Araşdırmalar İnstitutunun birgə layihəsi əsasında Rusiyanın paytaxtı Moskva şəhərində "Rusiya - Azərbaycan: ikitərəfli münasibətlərin inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir. SAM-ın rəhbəri Elxan Nuriyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti tərkibində: Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, Azərbaycan Respublikasının Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Fərhad Məmmədov və müstəqil ekspert Rasim Musabəyov da konfransın işində iştirak etmişdir.

Rusiya Strateji Araşdırmalar İnstitutunda təşkil olunan dəyirmi masada, Rusiya və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni, elmi-humanitar əməkdaşlığın çoxşaxəli aspektləri müzakirə olunmuşdur.

Müzakirələr zamanı əsas diqqət həmçinin Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin cari vəziyyətinə yönəldilmişdir. SAM-ın direktoru E.Nuriyev öz çıxışı zamanı qeyd etmidir ki, Azərbaycanın xarici siyasət kursu ilk növbədə Azərbaycanın milli maraqlarının nəzərə alınması, tarazlaşdırma və çoxşaxəlik, qarşılıqlı fayda əsasında beynəlxalq strukturlara ardıcıl inteqrasiya prinsiplərinə əsaslanır və əsaslanacaqdır. SAM-ın rəhbəri qeyd edib ki, ölkənin xarici siyasətindəki çoxşaxəlik prinsipinin əsas üstünlüyü, hər bir tərəfin təşəbbüs göstərə bilməsi üçün meydan açan geniş perspektivlərdir.

Oktyabrın 16-da, SAM-ın direktoru Elxan Nuriyev, Rusiya Xarici İşlər Nazirliyi nəzdindəki Diplomatik Akademiyanın rəhbəri ilə görüşmüş, tələbə və müəllim heyəti qarşısında "Azərbaycanın xarici siyasətindəki prioritetlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Görüşdə müvafiq dövlət strukturları arasında qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur.

Həmçinin oktyabrın 16-da Rusiyanın Karnegi Mərkəzində də dəyirmi masa keçirilmişdir. SAM-ın rəhbəri E.Nuriyev, dəyirmi masada "Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda məruzə ilə çıxış etmişdir. Daha ətraflı >>>




 



 

: 723