| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

“Rusiya və Azərbaycanın Yaxın və Orta Şərqdə rolu” mövzusunda dəyirmi masa keçiriləcək

2011-03-21 05:52:00

14 may 2010-cu il tarixində saat 09.30-da Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində(SAM) Rusiya Strateji Araşdırmalar İnstitutu(RSAİ) və SAM-ın birgə layihəsi əsasında "Rusiya və Azərbaycanın Yaxın və Orta Şərqdə rolu” mövzusunda dəyirmi masa keçiriləcək.

Tədbirdə iştirak etmək məqsədi ilə Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru Leonid Reşetnikovun başçılığı ilə RSAİ-nin nümayəndə heyəti mayın 13-15-də Azərbaycanda səfərdə olacaq.

Azərbaycan və Rusiyanın tanınmış siyasi ekspertləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərinin də iştirak edəcəyi toplantıda iki ölkə arasında mövcüd siyasi, iqtisadi və mədəni əlaqələrə nəzər yetiriləcək və münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq. Dəyirmi masada həmçinin Cənubi Qafqazda geosiyasi proseslər, Rusiya-İran münasibətləri, İranın nüvə proqramı, Yaxın və Orta Şərqdə regional təhlükəsizlik sistemində hər iki ölkənin roluna dair müzakirələr keçiriləcək.

Qeyd edək ki, bu tədbir 2009-cu ilin oktyabr ayında Moskvada RSAİ və SAM arasında keçirilmiş dəyirmi masanın davamıdır.


 

: 183