| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji konfransında təmsil olunacaq

2011-03-27 05:34:00

29-30 mart 2011-ci il tarixində Gürcüstanın paytaxtı Tiflisdə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, Infrastruktur və Enerji Konfransı (GIOGIE 2011) keçiriləcək. Gürcüstanın Enerji Nazirliyi, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi, Regional Inkişaf və Infrastruktur Nazirliyi, Gürcüstan Beynəlxalq Neft, Qaz Korporasiyası(GOGC) və Böyük Britaniya-Gürcüstan Ticarət Palatasının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirdə 150-dən çox qonağın iştirak edəcəyi gözlənilir.

"GIOGIE 2011” Konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini enerji məsələləri üzrə ekspert Gülmirə Rzayeva təmsil edəcək. Tədbirdə Gürcüstanın neft, qaz, energetika və infrastrukturu sektorunda son işləmələr, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər-Qara Dəniz enerji koridoru, regional enerji layihələri, nəqletmə, beynəlxalq və yerli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Azərbaycanın enerji siyasəti və digər bu kimi məsələlər əsas müzakirə mövzuları olacaqdır.



 

: 387