| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM 2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair hesabat hazırlamışdır

2011-04-01 05:21:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə ekspert qrupunun şərhi əsasında "2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı” mövzusuna dair hesabat hazırlanmışdır.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmarlar Mərkəzinin "İqtisadiyyatın təhlili və qloballaşma məsələləri” şöbəsi tərəfindən "2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı” mövzusunda hesabat hazırlanmışdır.
 
Hesabatın real sektor bölməsində hökumətin sənaye, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları və tikinti sahələrindəki uğurları öz əksini tapır. Fiskal sektor iki hissədən ibarətdir: dövlət büdcəsi və Dövlət Neft Fondu.
Həmçinin, hesabatda Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq hesabatlardakı nəticələrinə də yer ayrılmışdır.
 
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business 2011: "Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması” birgə hesabatının nəticələrinə əsasən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 183 ölkə arasında Azərbaycan 54-cü yeri tutmuşdur.
 
2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olmuş və 101-ci yerdən "Human Development İndex 2011” hesabatında 67-ci pilləyə qədər qalxmışdır.
 
2003-2010-cu illərdə ÜDM real ifadədə 3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2 dəfə, dövlət büdcəsinin gəlirləri 9.3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 2.9 dəfə, xarici ticarət dövriyyəsi 5.4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artmışdır. Tədiyə balansının cari əməliyyatlar balansında 2010-cu ildə yaranan müsbət saldonun həcmi 2005-ci illə müqayisədə 90 dəfə artmışdır.
 
Ümumiyyətlə, hesabatda prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsində ölkə iqtisadiyyatının son səkkiz ildə dəfələrlə artdığı aydın şəkildə görünür. 


 

: 169