| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya” mövzusunda konfrans keçirəcək

2013-06-06 14:50:07

 7 iyun 2013-cü il tarixində SAM "Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya” mövzusunda konfrans keçirəcək.Konfransı SAM-ın direktoru Fərhad Məmmədov və Avropa Siyasi Mərkəzinin icraçı direktoru Hans Martens giriş sözü ilə açacaq.


Moderatorluğunu Avropa Siyasi Mərkəzinin icraçı direktoru Hans Martensin edəcəyi "Cənubi Qafqazı Aİ-yə yaxınlaşdırmaq: uğurlar və çağırışlar” mövzusunda olacaq panelin məruzəçiləri Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, Şərq Tərəfdaşlığı üzrə fövqəladə və səlahiyyətli səfir (Litva) Vaidatos Verba, Qafqaz Tədqiqat Resurs Mərkəzinin ölkə üzrə direktoru Gürsel Əliyev və "Beynəlxalq Qafqaz” jurnalının baş redaktoru Zaur Şiriyev olacaq.

"Dağlıq Qarabağ münaqişəsi: AI-yə çağırış” mövzusunda olan ikinci panelin moderatoru SAM-ın direktoru Fərhad Məmmədov olacaq və bu paneldə Beynəlxalq Təhlükəsizlik Araşdırmalar Mərkəzinin direktoru, Səfir Metyu Brayza (Tallin, Estoniya), Latviya Xarici Işlər Naziliyinin parlament katibi Viktors Makarovs , Avropa Siyasi Mərkəzinin siyasət üzrə eksperti Amanda Paul, SAM-ın direktor müavini Gülşən Paşayeva məruzələrlə çıxış edəcək.




 



 

: 36