| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Ankarada “Cənubi Qafqazın Yüksələn Ulduzu: İLHAM ƏLİYEV DÖVRÜNDƏ AZƏRBAYCAN” kitabının təqdimatını keçirəcək

2013-09-18 02:29:38

19 sentyabr 2013-cü il tarixində SAM-ın nümayəndə heyəti SAM, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və Baş nazirlik yanında Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Cənubi Qafqazın Yüksələn Ulduzu: İLHAM ƏLİYEV DÖVRÜNDƏ AZƏRBAYCAN” kitabının təqdimatını keçirmək üçün Ankaraya səfər edəcək. 

Nümayəndə heyətinin tərkibinə SAM-ın direktoru Dr. Fərhad Məmmədov, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Dr. Cavid Vəliyev və Media xidmətinin rəhbəri Mehriban Həsənova daxildir. 

Tədbirdə Azərbaycan Respublikası Administrasiya rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun, Azərbaycan Respublikasının Ankaradakı Fövqəladə və Səlahiyyətli Səfiri Faig Bağırovun,  Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru Dr. Fərhad Məmmədovun, Ankara Universitetinin professoru, kitabın müəllifi Prof. Dr. Çağrı Erhanın, Türkiyə Respublikası Başnazirlik yanında Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin Rəhbəri Prof. Dr. Derya Örs, Türkiyə Respublikasının hökümət nümayəndələrinin və millət vəkillərinin çıxışları nəzərdə tutulub.
 
Qeyd edək ki, kitab SAM-ın dəstəyi ilə yazılmış və nəşr edilmişdir. 

Təqdimatın sonunda beynəlxalq münasibətlər və strateji araşdırmalar sahəsindəki uğurları və SAM-ın fəaliyyətlərinə vermiş olduğu dəstəyə görə bir sıra qonaq və araşdırma mərkəzi Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin "STRATEJİ VİZYON" mükafatı ilə təltif olunacaq. 


 

: 634