| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “Aralıq dənizi hövzəsinin Təhlükəsizlik Dilemması: Çağırışlar və Perspektivlər” mövzusunda beynəlxalq konfrans təşkil edəcək

2011-10-25 04:46:00

26 oktyabr 2011-ci il tarixində saat 09.40-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi "Aralıq dənizi hövzəsinin Təhlükəsizlik Dilemması: Çağırışlar və Perspektivlər” mövzusunda beynəlxalq konfrans təşkil edəcək.

Konfransın keçirilməsində əsas məqsəd dünyanın geosiyasi cəhətdən önəmli regionlarından sayılan Aralıq dənizi hövzəsi dövlətlərinin mövcud reallıqlarını müzakirə etmək, regionun inkişaf perspektivlərinə, təhlükəsizlik məsələsinə, sülhə və əməkdaşlığa dair fikir mübadiləsi aparmaq, bununla da beynəlxalq diplomatiya proseslərinə elmi töhvələr verməkdir. 

8 ölkəni (ABŞ, Türkiyə, İtaliya, Ukrayna, Belçika, Misir, Marakeş və Azərbaycan) təmsil edəcək ekspertlərin iştirakı ilə Aralıq dənizi regionunda dövlətlərarası münaqişələr, bölgədə xarici faktorlar və onların yürütdüyü siyasət, Yaxın Şərqdə Türkiyənin xarici siyasəti, Avropa İttifaqı və Liviya böhranı, Şərqi Aralıq dənizində ABŞ-ın strateji maraqları, beynəlxalq təhlükəsizlik problemləri və regionun geosiyasəti üçün önəmli olan digər bu kimi prioritet məsələlər geniş müzakirə mövzusu olacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Ukrayna Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitut(Ukrayna),  STRATFOR Analitik Mərkəzi(ABŞ), Əl-əhram Siyasi və Strateji Araşdırmalar Mərkəzi(Misir), Avropa Siyasət Mərkəzi(Belçika) kimi dünyanın qabaqcıl "beyin mərkəzlərinin” rəhbərləri və elmi işçiləri, eləcə də Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərin rəhbərləri məruzələrlə çıxış edəcəklər.

Konfransda, həmçinin Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, QHT nümayəndələri, KİV rəhbərləri, regional və beynəlxalq münasibətlər üzrə digər mütəxəssislər də iştirak edəcək.



 

: 48