| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “Azərbaycan - Mərkəzi Asiya əlaqələri: inkişaf, əməkdaşlıq və ortaq çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir

2014-10-08 12:11:08

8 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi “Azərbaycan - Mərkəzi Asiya əlaqələri: inkişaf, əməkdaşlıq və ortaq çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir.

 

SAM-ın direktoru Fərhad Məmmədov salamlama nitqi ilə tədbiri açıq elan etmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun müdiri Ərəstü Həbibbəyli açılış nitqi ilə çıxış etmişdir.   


Moderatorunun  Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun olduğu “ Regional geosiyasət və ortaq çağırışlar:  siyasi əməkdaşlıq və ortaq təhdidlərə qarşı mübarizə” mövzulu birinci panelin məruzəçiləri “Bilik Karvanı” (Özbəkistan) araşdırmalar mərkəzinin direktoru  Farxod Tolipov “Mərkəzi Asiya və Qafqaz Avro-Asiya və Avro-Atlantika arasında: geosiyasi dərslər və strateji perspektivlər”, Qırğızıstan Respublikasının Milli Strateji Araşdırmalar İnstitutunun direktor müşaviri Nadırmamat Momunov “Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının perspektivləri: tarix, əsas istiqamətlər və prioritetlər”, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Azad Qəribov “Azərbaycan-Mərkəzi Asiya əlaqələri: Azərbaycanın regional əhəmiyyəti və Mərkəzi Asiyanın Azərbaycanın xarici siyasət strategiyasındakı yeri”, Tacikistan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini  Sayfullo Səfərov “Yeni geosiyasi şəraitdə Azərbaycan və Mərkəzi Asiya maraqlarının ortaqlığı və Azərbaycan-Tacikistan əlaqələrinin yeni inkişaf mərhələsi”, Atılım Universitenin ( Türkiyə) Beynəlxalq münasibətlər kafedrasının professoru  Hasan Ali Karasar “Avrasiyada ortaq təhlükəsizlik təhdidləri: çağırışlar və perspektivlər” mövzularında çıxışlar etmişlər.

 

Moderatorunun ADA Universitetinin aparıcı elmi işçisi  Taleh Ziyadovun olduğu “ Regional geoiqtisadiyyat və əməkdaşlıq: ticarət, enerji və nəqliyyat” mövzulu ikinci panelin məruzəçiləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri  Vüsal Qasımlı “Avrasiyanın kəməri: geoiqtisadi rekalibrasiya”, Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və Səlahiyyətli səfiri  Toyli Komekov “Bitərəf Türkmənistanın enerji və nəqliyyat diplomatiyası”, Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun (Qazaxıstan) iqtisadi tədqiqatlarının kordinatoru  Kuralai Canqabayeva “Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq”, Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun aparıcı elmi işçisi  Yan Din “Çinin regional nəqliyyat layihələri və Qafqaz-Mərkəzi Asiya dəhlizinin Avropa-Çin ticarəti üçün əhəmiyyəti” mövzularında çıxışlar etmişlər.

 

Tədbirin sonunda sual-cavab sessiyası baş tutmuşdur.

 

Konfransı SAM-ın direktoru öz çıxışı ilə bağlamışdır. 



 

: 2000