| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli əlaqələr: Gələcəyə baxış” mövzusunda konfrans keçirəcək

2017-06-02 05:26:13

5 iyun 2017- ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə  "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələr: Gələcəyə baxış” mövzusunda konfrans keçiriləcək.  

 

Tədbirdə üç strateji müttəfiq arasındakı əməkdaşlığın formalaşdırılması və bu əməkdaşlığın geosiyasəti, həmçinin üçtərəfli münasibətlər üçün təhlükəsizlik çağırışları: üçtərəfli əlaqələrin təhlükəsizlik istiqaməti və qeyri ənənəvi təhdidlərə qarşı mübarizə vasitələri və ehtiyacları mövzularının müzakirəsi nəzərdə tutulub.  


Konfransda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının nümayəndəsi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda Avropa İttifaqının araşdırmaları üzrə direktoru, Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun direktoru, Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondunun baş elmi işçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, eyni zamanda Azərbaycan, Türkiyə və Gürcüstanın nüfuzlu ekspertləri müxtəlif mövzularda müzakirələr aparacaq.   

 

Tədbirdə iştirak etmək üçün info@sam.gov.az ünvanına məktub yazaraq iştirakınızı təsdiq etməniz xahiş olunur.

 



 

: 187