| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirmişdir

2016-10-07 14:03:44

7 oktyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 25-ci il dönümünə həsr edilmiş “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 

 

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov salamlama nitqi ilə başlamışdır.

 

Daha sonra açılış nitqi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbər müavini, Xarici əlaqələr şöbəsinin müdiri, Birinci dərəcəli Dövlət müşaviri Novruz Məmmədov çıxış etmişdir.

 

Moderatorunun Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın olduğu “Azərbaycan qlobal arenada: Nailiyyətlər və çağırışlar” mövzusunda olan birinci sessiyada Macarıstanın Xarici Məsələlər və Ticarət İnstitunun direktor müavini Laszlo Vasa, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru  Sergey Markov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, ABŞ Ceymstaun Fondunun prezidenti Qlen Hovard, Helvan Universitetinin professoru, Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin keçmiş direktoru Adel Darviş çıxış etmişdir.           

 

Moderatorunun Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmira Rzayevanın olduğu “Azərbaycan yolların kəsişməsində: Regional baxış” mövzusunda olan ikinci sessiyada Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru  Ali Resul Usul, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri  Seyed Kazem Sajjadpur, MQIMO Universitetinin Post-Sovet Araşdırmaları Mərkəzinin direktoru  Stanislav Çernyavski, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru  Yerlan Karin, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun baş elmi işçisi  Giorgi Badridze, Türkmənistanın Xüsusi tapşırıqlar üzrə səfiri  Murad Nazarov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri  Cavid Vəliyev çıxış etmişdir.  

 

Tədbir sual-cavab sessiyası ilə başa çatmışdır. 



 

: 2115