| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM - ın təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçiriləcək

2014-02-14 01:40:36

17 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə  "Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçiriləcək.  

Tədbirdə üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və münasibətlərin gələcəyinin müzakirəsi nəzərdə tutulub.  

Konfransda Gürcüstan Parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədr müavini, Gürcüstanın keçmiş Xarici İşlər Naziri, Türkiyə və Gürcüstanın nüfuzlu ekspertləri, eyni zamanda, Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin idarə rəisi müxtəlif mövzularda müzakirələr aparacaq.   

Tədbirdən sonra konfrans materialları əsasında konfransın məruzəsi hazırlanacaq və nəşr olunacaq.

Konfransı twitter-dən #AGTalliance haştaqı vasitəsilə izləyə bilərsiniz.  
 


 

: 552