| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “Azərbaycanda beyin mərkəzlərinin yaranması, inkişafı və qarşılıqlı əməkdaşlığının perspektivləri adlı kitabı nəşrə hazırlayır

2013-02-26 05:38:12

SAM “Azərbaycanda beyin mərkəzlərinin yaranması, inkişafı və qarşılıqlı əməkdaşlığının perspektivləri adlı kitabı nəşrə hazırlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) "Azərbaycanda beyin mərkəzlərinin yaranması, inkişafı və qarşılıqlı əməkdaşlığının perspektivləri” adlı tədqiqat və ensiklopedik-məlumat xarakterli nəşrin hazırlanmasına başlamışdır. Tədqiqat çərçivəsində təhlillə yanaşı, Azərbaycanda fəaliyyət göstərən strateji, analitik araşdırma mərkəzləri haqqında sorğu xarakterli hərtərəfli məlumatın olduğu bölmə də əksini tapacaq. Ölkədə mövcud olan beyin mərkəzlərinin kitabda real və dolğun mənzərəsinin yaradılması üçün qeyd olunan qurumların özləri haqqında məlumatları təqdim etməsi vacibdir. Bu məqsədlə tədqiqat qrupunun üzvü beyin mərkəzi və analitik araşdırma qurumlarının rəhbərləri ilə görüşərək, onların kitabda əksini tapacaq fəaliyyəti ilə bağlı konkret sualların cavablandırılması üçün müsahibə alacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən layihəyə məsul şəxslərin elektron ünvanlarını nəzərinizə çatdırırıq:

tahira.allahyarova@sam.gov.az, nazimax86@gmail.com və info@sam.gov.az

Əlavə məlumat üçün:

Tel: (+994 12) 596-82-41 (daxili 131) 596-82-37
Fax: (+994 12) 437-34-58


 

: 708