| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Azərbaycanda ilk dəfə canlı Twitter konfrans keçirəcək

2011-07-02 13:07:00

4 iyul 2011-ci il tarixində saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda  dəyirmi masa keçiriləcək. Tədbir Azərbaycanda ilk dəfə canlı Twitter konfrans formatında aparılacaq.
 
Tədbir müddətində ənənəvi və yeni media sahəsində çalışan təcrübəli ekspertlərin, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin fikirləri onlayn formatında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Twitter səhifəsində Azərbaycan və İngilis dillərində öz əksini tapacaq. Bunun üçünwww.twitter.com saytına daxil olmaqla SAM_Baku istifadəçi adını izləməlisiniz.
 
SAM-ın sıralarına növbəti qatılan siz olun.
 
Xatırladaq ki, "Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda dəyirmi masanın keçirilməsində əsas məqsəd ənənəvi mediadan yeni mediaya keçidin Azərbaycana nə qazandıracağını müəyyən etməkdir. Dəyirmi masada Azərbaycanda yeni medianın mövqeyi, onu ənənəvi mediadan fərqləndirən cəhətlər; Azərbaycanda medianın transformasiyasının ənənəvi media vasitələri üçün yaratdığı risklər, onun KİV təmsilçiləri və informasiya auditoriyası üçün müsbət və mənfi tərəfləri, Azərbaycanda yeni medianın səviyyəsi və prioritetləri, yeni media və milli təhlükəsizlik, yeni mediaya ictimai nəzarət mexanizmləri, Azərbaycanın dövlətçilik maraqlarının qorunmasında yeni media "yeni vasitə” kimi və s. məsələlərə aydınlıq gətirilməsi nəzərdə tutulmuşdur.


 

: 37