| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Beynəlxalq Siyasi Psixoloqlar Cəmiyyətinin konfransında təmsil olunacaq

2011-06-09 05:02:00

9-12 iyun 2011-ci il tarixində Türkiyənin Istanbul şəhərində, Bilgi Universitetində Beynəlxalq Siyasi Psixoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə "Əməkdaşlıq və cəmiyyətlər: Çoxşahəli siyasi psixologiyaya doğru" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) aparıcı elmi işçisi Rauf Qaragözov konfrasda təmsil olunaraq "Dağlıq Qarabağ nümünəsində etnosiyasi münaqişənin kollektiv yaddaşı” mövzusunda məruzə ilə çıxış edəcək.
 
Konfransda müzakirə olunacaq əsas mövzu cəmiyyətin inkişafına müstəsna təsir edən çoxşaxəli əməkdaşlıqdır. Beləki, siyasi psixologiya daim insan təbiətini qruplararası münaqişələr, zorakılıq, diskriminasiya və s. bu kimi mənfi aspektlərdən tətqiq etmişdir. Lakin, elmi təkamül prosesində cəmiyyətdə həmrəylik və əməkdaşlığın labüdlüyü ön plana keçmişdir. Tədbirin də əsas məqsədlərindən biri qloballaşan dünyada millətlərarası dini, coğrafi və mədəni fərqliliyin döğurduğu problemlərin qarşısını almaqdır. 


 

: 482