| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM "Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri İpək Yolu İqtisadi Kəməri kontekstində" mövzusunda beynəlxalq konfrans keçirmişdir

2015-05-07 13:20:25

7 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən "Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri İpək Yolu İqtisadi Kəməri kontekstində" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

 

Tədbiri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Türkdilli Dövlətlərin Əməkdalıq Şurasının baş katibi Ramil Həsənov və Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa İnstitutunun direktoru Li Younçuan açılış nitqləri ilə başlamışlar.  

 

"İpək Yolu İqtisadi Kəmərinin reallaşması yolunda duran maneələrlə mübarizədə regional siyasi əməkdaşlığın gücləndirilməsi" mövzulu birinci panelin (moderatoru Tamerlan Vahabov) məruzəçiləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Gürcüstanın Strateji Tədqiqatlar Mərkəzinin direktoru Irakli Menaqarişvili, Türkiyə Xarici İşlər Nazirliyini Strateji Araşdırmalar Mərkəzinin direktoru Ali Resul Üsul, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Yerlan Karin, Türkmənistan Respublikası Xarici İşlər Nazirliyinin Orta şərq ölkələri departamentinin direktoru Şalar Geldinazarov və Çinin Müasir Dünya Araşdırmaları Mərkəzinin direktor müavini Hu Hao olmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Rəşad Kərimov "Azərbaycan-Çin Əməkdaşlığı" İctimai Birliyinin təsis edilməsi barədə məlumat vermişdir. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlının moderator olduğu "İnfrastruktur layihələri: İpək Yolu İqtisadi Kəmərinin reallşaması, ticarət və investisiyların artırılması" mövzulu ikinci panelin məruzəçiləri Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin aparat rəhbəri Cavid Nəcəfov, Milli İnkişaf və İslahat Komissiyasının Beynəlxalq İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Janq Yanşenq, Qırğızıstan Respublikasının Strateji Araşdırmalar üzrə Milli İnstitutunun direktoru Talant Sultanov, Tacikistan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Xudaberdi Xoliknazar, Türkmənistan Strateji Planlaşdırma və İqtisadi İnkişaf İnstitutunun direktoru Məhəmmədgəldi Atayev və İstanbul Ticarət Universitetinin professoru Murat Yülek olmuşdur.  

 

Konfrans sual-cavab sessiyası ilə sona çatmışdır. 



 

: 2234