| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Obama Administrasiyasının iştirakı məsələsi müzakirə olunacaq

2011-04-27 09:18:00

 29 aprel saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Barak Obama Administrasiyası və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda dəyirmi masa keçiriləcək.

Tədbirdə əsas məruzəçilər qismində Azərbaycanın milli identikliyi və tarixi ilə bağlı bir çox əsərlərin müəllifi, Hayfa Universitetinin(İsrail) professoru Brenda Şafer və Corc Vaşington Universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri, professor Kori Velt iştirak edəcəklər. 
 
SAM-ın əməkdaşlarının, siyasi şərhçilərin və xarici ekspertlərin iştirak edəcəyi tədbirdə Cənubi Qafqaz regionunda sülhə və sabitliyə mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ABŞ-Azərbaycan münasibətləri, regionda baş verən geoiqtisadi və geosiyasi proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
 
Tədbir İngilis dilində keçiriləcək.


 

: 382