| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da İran nümayəndə heyəti ilə görüş keçirilmişdir

2015-02-10 14:57:23

10 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov başda olmaqla SAM ekspertlərinin bir qrupu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Araşdırma Mərkəzinin direktoru Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 

Görüşdə İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin də iştirak etmişdir. Qonağı salamlayan F.Məmmədov ona SAM-ın fəaliyyəti barədə ümumi məlumat vermişdir. Görüşdə Azərbaycan-İran münasibətlərinin hazırkı durumu və inkişaf perspektivləri, eləcə də tərəfləri maraqlandıran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


 

: 1705