| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da Türkiyəli jurnalistlərlə görüş keçirilmişdir

2011-07-19 14:43:00

Iyulun 19-da Azərbaycana səfərləri çərçivəsində Türkiyənin bir sıra aparıcı mətbu orqanları- "Milliyət”, "Hürriyət”, "Radikal”, "Zaman”, Todayzaman, Habertürk qəzetlərinin təmsilçilərinin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) əməkdaşları ilə görüşü keçirilmişdir. Qonaqlara Mərkəzin fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verilmişdir.

Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən son danışıqlar prosesi, Türkiyədəki son terror aktlarına KİV-in  yanaşması, hər iki dövlətdə medianın durumu, birgə layihələr və s. məsələlər ətrafında müzakirələr aparıldı. Qonaqlar Azərbaycana səfərlərinin məqsədinin ölkəmizlə bağlı Türkiyə mediasındakı boşluğun aradan qaldırılması, daha çox informasiya mübadiləsi və qarşılıqlı əlaqələrinin daha da genişlənməsi olduğunu bildirdilər. Jurnalistlərin qənaətinə görə, Türkiyə və Azərbaycan qardaş dövlət olduğundan onlar istənilən siyasi proseslərdə bir-birilərinə dəstək olmalı, iki ölkə arasındakı siyasi münasibətlərə bir millət iki dövlət prinsipini önə çəkərək, qarşılıqlı maraqlara zidd ola biləcək addımların atılmasına yol verilməməlidir. Bunun üçün ilkin mənbədən məlumatın alınması, qarşılıqlı təcrübə mübadiləsinin daha intensiv olmasının labüdlüyü vurğulandı.

Görüşdə həmçinin regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır.



 

: 57