| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-da “Yaxın Şərqdə dəyişən güc balansı” mövzusunda dəyirmi masa keçiriləcək

2011-04-05 12:43:00

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Atraşdırmalar Mərkəzinin(SAM) dəvəti ilə 15-18 aprel 2011-ci il tarixində "Rusiya Qlobal siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanov Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində rusiyalı qonağın Azərbaycanın bir sıra rəsmi şəxsləri, aparıcı KIV rəhbərləri, beynəlxalq münasibətlər üzrə mütəxəssisləri ilə görüşləri nəzərdə tutulub.
 
Aprelin 15-i saat 15.00-da "Rusiya Qlobal siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanovun və ABŞ-ın nüfuzlu STRATFOR qlobal analitik şirkətinin rəhbəri Corc Fridman SAM-da keçiriləcək "Yaxın Şərqdə dəyişən güc balansı” mövzusunda dəyirmi masada əsas məruzəçilər qismində iştirak edəcəklər.
 
Tədbirdə Prezident Administrasiyasının, ADA və SAM–ın məsul əməkdaşları, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər də iştirak edəcək.
 
Tədbir ingilis dilində keçiriləcək.


 

: 468