| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək

2015-06-02 09:47:30

2-6 iyun 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin məsləhətçi-eksperti Kamal Qasımov Səudiyyə Ərəbistanı Krallığına (SƏK) səfər edəcəklər.

 

SAM-ın nümayəndə heyəti SƏK Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutu və SAM-ın  birgə təşkilatçılığı ilə "Səudiyyə Ərəbistan Krallığı - Azərbaycan əlaqələri: müştərək məsələlər" mövzusunda keçiriləcək konfransda, həmçinin Səudiyyə Siyasi Elmlər Cəmiyyətində və Kral Feysəl Tədqiqatlar və İslam Araşdırmaları Mərkəzində təşkil ediləcək görüşlərdə iştirak edəcəklər. 

 

 



 

: 667