| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın Direktor Müavini Xorvatiyaya səfər edəcək

2014-06-17 15:02:28

17-22 iyun 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva"Xorvatiya Atlantik Şurası", "CMS - Beynəlxalq Araşdırmalar Mərkəzi" və "NATO OTAN - Şimali Atlantika Müqaviləsi Təşkilatı"-nın təşkilatçılığı ilə keçiriləcək "NATO fəaliyyətinin sərhədləri" Beynəlxalq Elmi Konfransda iştirak və çıxış etmək üçün Dubrovnik şəhərinə (Xorvatiya) səfər edəcək. 

 

Tədbirdə "Uels Sammitinə NATO-nun hazırlığı - Fikirlər və Gözləntilər", "Əfqanıstan 2014-dən sonra - Problemlər və Imkanlar", "NATO və  yeni təhlükəsizlik yanaşması", "Ağillı müdafiə: NATO-nun imkanları", "Kiçik dövlətlər və onların təhlükəsizliyi üzrə töhfələri", " Amerika Birləşmiş Ştatları və Ukrayna", " İtaliya və Aralıq dənizi bölgəsindən gələn yeni cağırışlar", " Şimali və Cənubi Aralıq dənizi arasında münasibətlər: Təhlükəsizlik Məsələləri", "Çernoqoriya kooperasiya təhlükəsizlik sistemində", "NATO və Əfqanıstan/Pakistan təhdidləri", "NATO və Azərbaycan: Uğurlu tərəfdaşlığın ikinci onilliyi", "Rusiya və NATO Ukrayna böhranından sonra" və "ABŞ, AI, Rusiya və Ukrayna" kimi mövzularda müzakirələr planlaşdırılır.

 

 

Konfransda Xorvatiya Atlantik Şurasınin Prezidenti, Prof. Dr. Radovan Vukadinovic (Xorvatiya), NATO-nun İctimai Diplomatiya Bölməsinin baş katibinin köməkçisi, səfir Kolinda Grabar Kitarovic (Brüssel, Belçika), "Brukings" Institutun fəxri elmi işçisi, general Jon R. Allen (ABŞ), Xorvatiya silahlı qüvvələrinin Baş Qərargah Rəisi, Müdafiə Nazirliyi, general Drago Lovric (Xorvatiya), Xorvat Dəniz Komandiri Robert Hranc (Xorvatiya), Albaniya Atlantik Məclisinin Prezidenti Arian Stanova (Albaniya), MIB idarə məktəbinin Beynəlxalq əlaqələr üzrə Prof. Dr. Stefano Pilotto, (Trieste, Italiya), Vyana Sülh Naminə Beynəlxalq Institutun Direktoru Peter Stania (Vyana, Avstriya), Nusret Hancalic, Müdafiə Nazirliyi (Çernoqoriya), Bihac Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə Prof. Dr. Nejad Başic (Bosniya və Herseqovina), Avropa və təhlükəsizlik siyasəti üzrə Avstriya İnstitutun (AIES) Baş katibi Dr. Arnold H. Kammel (Avstriya) və s. nüfuzlu qonaqların çıxışı nəzərdə tutulub.  

 

Strateji Araşdırmalar Mərkəzinin Direktor Müavini Dr. Gülşən Paşayeva "NATO və Azərbaycan: Uğurlu tərəfdaşlığın ikinci onilliyi" mövzusunda çıxış edəcək.



 

: 676