| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktor müavini İƏT ölkələrinin beyin mərkəzlərinin VI beynəlxalq forumunda iştirak etmək üçün Pakistan İslam Respublikasına səfər edəcək

2015-03-05 13:56:47

2015-ci ilin 6-8 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin məsləhətçi eksperti Kamal Qasımov Pakistan Parlamentinin Müdafiə məsələləri üzrə Komitəsinin və Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə səyləri ilə İslam Əməkdaşlığı Təşkilatı (İƏT) ölkələrinin beyin mərkəzlərinin VI beynəlxalq forumunda məruzəçi kimi iştirak etmək məqsədilə Pakistan İslam Respublikasının İslamabad şəhərinə səfər edəcəklər. Forumda Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin (Mamnoon Hussain) də çıxışı planlaşdırılır.

 

"Müsəlman ölkələrində çoxölçülü təhlükəsizliyin təmin edilməsi" mövzusuna həsr edilmiş bu forumda müsəlman ölkələrinin nüfuzlu beyin mərkəzlərinin əməkdaşları və müxtəlif beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulur. Forumda SAM-ın direktor müavini çoxölçülü təhlikəsizlik istiqamətindəki çağırış və perspektivlər haqqında məruzə edəcəkdir.



 

: 1457