| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktor müavini İstanbul şəhərinə səfər edəcək

2017-11-20 05:29:02

21 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə İƏT-ə üzv dövlətlərin vasitəçilik səyləri mövzusunda keçiriləcək ilk konfransında çıxış etmək məqsədilə İstanbula (Türkiyə Respublikası) səfər edəcəkdir.

 

İƏT - ə üzv ölkələrin hökumət nümayəndələrinin, regional və beynəlxalq təşkilatların, eləcə də akademik sferadan olan təmsilçilərin iştirakı ilə keçiriləcək konfransda müxtəlif normativ aspektlər və praktiki məsələlər üzrə intellektual mübadilənin təkmilləşdirilməsi vasitəsilə təşkilata üzv olan ölkələr arasında vasitəçilik səylərinə dair məlumat bazasının gücləndirilməsi, üzv dövlətlərin üzləşdiyi münaqişələr və onların humanitar aspektlərinin müzakirəsi nəzərdə tutulmuşdur.

 

SAM-ın direktor müavini G. Paşayeva konfransda “İƏT-in rolunun vasitəçilik prosesində gücləndirilməsi: ibrət dərsləri və gələcək perspektivlər” mövzusunda çıxış edəcəkdir.


 



 

: 199