| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın direktoru “V Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransı”-nda iştirak və çıxış etmək üçün Moskva şəhərinə səfər edəcək

2016-04-25 12:11:53

26-28 Aprel 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru Fərhad Məmmədov Rusiya Federasiyasının Müdafiə Nazirliyi təşkilatçılığı ilə keçiriləcək “V Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransı”-nda iştirak və çıxış etmək üçün Moskva şəhərinə səfər edəcək.

Plenar iclası salamlama nitqi ilə Rusiya Federasiyasının Müdafiə Naziri, Rusiya Federasiyasının Xarici İşlər Naziri və Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi açacaq. 

Tədbirdə “Terrorizm qlobal təhlükəsizliyə böyük təhdid kimi”, “Yaxın Şərq ziddiyyətlər düyün”, “Beynəlxalq təhlükəsizlikdə ənənəvi və yeni çağırışlar”, “Mərkəzi Asiyada təhlükəsizlik”, “Qlobal təhlükəsizlik və hərbi əməkdaşlıq”, “Avropada müharibə və sülh məsələləri: Avropada yeni təhlükəsizlik sistemi” mövzulu panellər planlaşdırılır.  

Fərhad Məmmədov “Beynəlxalq təhlükəsizlikdə ənənəvi və yeni çağırışlar” mövzulu paneldə çıxış edəcək.  


 

: 1032