| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM “Enerji səmərəliliyi: iqtisadi və institusional aspektlər və perspektivlər” mövzusunda konfrans keçirəcək

2012-11-19 06:05:00

21 Noyabr 2012-ci il tarixində Strateji Araşdırmalar Mərkəzi "Enerji səmərəliliyi: iqtisadi və institusional aspektlər və perspektivlər” mövzusunda konfrans keçirəcək. 

Konfransı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji  Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin (Yunanıstan) direktoru Xanım Zefi Dimadama giriş sözü ilə açacaq.
"Enerji səmərəliliyi: imkanlar, iqtisadi və maliyyə davamliliği” mövzulu birinci panelin moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov olacaq. Tədbirin birinci panelində Avropa Birliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Səfir Roland Kobia "Enerji Səmərəliliyi: Şərq Tərəfdaşlığı flaqman təşəbbüsü”, Qara Dəniz Beynəlxalq Araşdırmalar  Mərkəzinin direktoru, Yunanıstan Xanım Zefi Dimadama "Enerji səmərəliliyi və bərpa olunan  enerji layihələrinin istifadəsi üzrə Qara Dəniz Elmi İnstitutunun Eko Klasteri”, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji  Araşdırmalar Mərkəzinin elmi işçisi Şahmar Hacıyev "Azərbaycanın enerji potensialı və gələcək perspektivlər”, Sənaye və Energetika Nazirliyinin şöbə rəisi Tahir Cəfərov "Azərbaycan elektroenergetika sistemində  enerji səmərəliliyi” mövzularda çıxışlar nəzərdə tutulub. 
Moderatorluğunu SAM-ın şöbə rəisi Vüsal Qasımlının edəcəyi "Enerji siyasəti və enerji səmərəliliyinə dair normativ hüquqi baza” mövzulu panelin məruzəçiləri "İNOGATE Texniki Katibliyinin” davamlı enerji  məsələləri üzrə baş eksperti Larri Qud "İƏİT-in karbon qazı tullantılarının azaldılması proqramından sonra iqlim şəraitinin tənzimlənməsi”, SAM-ın aparıcı elmi işçisi Gülmirə Rzayeva "Enerji səmərəliliyi: idarəedici islahatlar” nəzərdə tutulub. 


 

: 15