| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM ərəb və ingilis dillərində “Qarabağ tarixinin xülasəsi” adlı kitab nəşr etmişdir

2014-11-24 11:29:25

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin“Qarabağ tarixinin xülasəsi” adlı yeni nəşrində əsasən Qarabağ regionunun siyasi tarixindən bəhs edilir. Qeyd olunur ki, Qarabağın nəinki ərazisi, eyni zamanda burada tarixən formalaşmış, tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimiz olan maddi-mədəniyyət abidələri, milli və dini dəyərlərimiz də erməni işğalına məruz qalmışdır. Bunun bir sübutu kimi Qarabağda dağıdılmış, talan edilmiş qədim yaşayış məntəqələrindəki tariximiz, mədəniyyət və mənəviyyat abidələrimizə dair fotomateriallar da kitaba  əlavə olunmuşdur.

 

Qarabağın ən mühüm tarixi mərhələlərinin təsvir olunduğu bu kitabda “Qarabağ - Azərbaycanın tarixi və coğrafi regionu”, “Qarabağ xanlığının taleyi”, “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi”, “Erməni dövlətinin yaranması”, “Dağlıq Qarabağ Azərbaycan Demokratik Respublikasının tərkibində (1918-1920)”, “Qarabağ SSRİ dövründə”, “Dağlıq Qarabağ münaqişəsi (müharibə və işğal)”, “Qarabağda islam və tarixi abidələrin dağıdılması” kimi mövzular öz əksini tapmışdır.

 

Kitabı aşağıdakı linkdən oxuya bilərsiniz:


A SUMMARY OF KARABAKH HISTORY.pdf

 



 

: 1114