| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM "Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirəcək

2017-11-08 13:38:09

10 noyabr 2017-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə SAM-ın yaradılmasının 10-cu ildönümünə həsr edilmiş “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.


Konfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyəti, Türk Şurasına üzv ölkələr arasındakı qarşılıqlı əməkdaşlıq və Şuranın fəaliyyəti üçün yaranan fürsətlər və çağırışlar, eləcə də TDƏŞ-i təmsil edən ölkələr arasında nəqliyyat-infrastruktur layihələrinin həyata keçirilməsi və inkişaf etdirilməsi mövzularının müzakirəsi nəzərdə tutulub.


Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi, Türk Şurasının baş katibi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu direktorunun icraçı müavini, Qırğızıstan Respublikasının Strateji Araşdırmalar İnstitutunun direktor müavini,  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin müavini, eyni zamanda elmi və ekspert ictimaiyyəti nümayəndələri müxtəlif mövzularda müzakirələr aparacaqdır.

                                             

Tədbirdə iştirak etmək üçün info@sam.gov.az ünvanına məktub yazaraq iştirakınızı təsdiq etməniz xahiş olunur.

 


 



 

: 62