| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM Trans-Avrasiya magistralı barədə hesabat nəşr edib

2014-11-01 13:15:13

İtaliya İnstitutunun Siyasi Elmlər (İSPİ) bölməsinin eksperti Dr. Matteo Verdanın müəllifi olduğu hesabat Trans-Avrasiya İnformasiya Magistralı layihəsinin (TASİM), bu layihənin regional və qlobal əhəmiyyətini, həmçinin Azərbaycanın bu layihənin həyata keçiriliməsindəki mühüm rolunu təhlil edir. Arayış TASİM layihəsinin Mərkəzi və Şərqi Avropanın inkişafı üçün lazım olan infrastruktur tikintisinin əsas elementi olduğunu vurğulayır. Layihənin Avropa-Asiya məlumat axınının şaxələndirilməsinə və Mərkəzi Asiyanın dənizə çıxışı olmayan ölkələri ilə əlaqələrin inkişafına təsir göstərəcəyi gözlənilir.


Hesabata əsasən, layihənin Bakıda həyata keçirilməyə başlandığı 2008-ci ildən bəri Azərbaycan bu proyektə daim öz dəstəyini göstərmişdir. Layihənin regional və qlobal aktuallığı tez bir zamanda beynəlxalq səviyyədə də özünə dəstək tapmış və Birləşmiş Millətlər Təşkilatının xüsusi qətnaməsi Azərbaycanın TASİM in təşkilindəki rolunu tanımışdır.


Müəllif məsələyə Avropa Birliyinin perspektivindən yanaşaraq qeyd edir ki, TASİM Şərqi Asiya tərəfdaşları ilə əlaqələrin inkişafında və həm iqtisadiyyat, həm də təhlükəsizlik baxımından müsbət nəticələr verəcək davamlı İnternetin tətbiqində əsaslı təsirə malikdir. Üstəlik layihə, Avropa Birliyi üçün xüsusi əhəmiyyət daşıyan Mərkəzi Asiyada regional əməkdaşlığın tərəqqisində aparıcı rol oynayır.


TRANS-EURASIAN INFORMATION SUPER HIGHWAY.pdf



 

: 966