| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM "Qara Dəniz və Xəzər Dənizi Regionlarında Təhlükəsizlik" mövzusunda seminar keçirmişdir

2017-01-12 11:49:11

12 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə "Qara Dəniz və Xəzər Dənizi Regionlarında Təhlükəsizlik" mövzusunda seminar keçirilmişdir.

 

 

Tədbirdə mövzu ilə bağlı SAM-ın direktoru Fərhad Məmmədov, Polşa Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka, Çex Respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka, Polşa Xarici İşlər Nazirliyi Xarici Siyasət Strategiyası departamentinin direktor müavini Karolina Novak, Macarıstan Xarici İşlər Nazirliyi Planlaşdırma departamentinin direktoru Adam Seztay, Slovakiya Xarici İşlər Nazirliyi Planlaşdırma və təhlil departamentinin direktoru Igor Qreksa, Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Cavid Vəliyev və Mərkəzin elmi işçisi Nurlan Əliyev çıxış etmişlər.

 

 

Seminarda millət vəkilləri, müxtəlif universitet və elm mərkəzlərinin, Azərbaycanda fəaliyyət göstərən Vişeqrad 4 regional əməkdaşlıq qrupuna daxil olan xarici ölkələrin səfirliklərinin nümayəndələri də iştirak etmişlər.

 



 

: 1577