| Azərbaycanca | English
Ana səhifə SAM haqqında Tədbirlər Media Nəşrlər Vakansiyalar Fotoqalereya Qarabağ

SAM-ın 10 illik yubileyi münasibətilə kitab sərgisi keçirilmişdir

2017-11-04 09:38:22

4 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) 10 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilmişdir.

 

Sərginin əsas məqsədi oxucuları SAM-ın geridə qoyduğu on hesabat ili ərzində ölkədə, regionda və beynəlxalq aləmdə baş verən proseslərin təhlilinə, eyni zamanda Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yerli və xarici ekspertlər tərəfindən yazılan nəşrlərlə yaxından tanış etməkdən ibarətdir.

 

Sərgidə müxtəlif dillərdə nəşr edilən çap məhsulları ilə yanaşı, SAM-ın beynəlxalq və yerli  jurnalları, eləcə də SAM-ın xüsusi nəşrləri də nümayiş etdirilmişdir.

 

Qeyd edək ki, sərginin sonunda SAM-ın nəşrlərinin bir qismi oxuculara hədiyyə edilmişdir.


 

: 184